Azərbaycan Texniki Universitetində yeni yaradılmış  İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinə rəhbər təyin edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu vəzifəyə tanınmış iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov təyinat alıb. 

Elṣad Məmmədov İqtisadiyyat.az-a bildirib ki,  Mərkəzin yaradılmasının əsas məqsədi bölgəmizdə və dünyada baş verən dərin iqtisadi dəyiṣikliklərin tədqiqi, təhlili və proqnozlaşdırılmasının effektiv və innovativ şəkildə  həyata keçirilməsindən ibarətdir.

 Belə ki, bu gün iqtisad elminin, müvafiq elmi yanaşmaların, analitik materialların keyfiyyətinin yüksəldilməsi zəruridir.  

Professor Elṣad Məmmədov açıqlamasında göstərdikləri etimada görə elm və təhsil naziri Emin Əmrullayevə və Texniki Universitetin rektoru Vilayət Vəliyevə öz təşəkkürünü bildirərək, regionda və dünyada mürəkkəbləşən iqtisadi proseslərin  təhlilində bu analitik mərkəzin lazımi rol oynayacağına ümid etdiyini söyləyib.