İnnovasiyalar Mərkəzi “Reklam(Promo) materialların satınalınması” üzrə tender elan edir.

İqtisadiyyat.az xəbər verir ki, tenderdə iştirak haqqı 150  manatdır. Müsabiqə fevral ayının 24-də başlayıb.Tələb olunan sənədlər martın 17-dək, təkliflər isə aprelin 3-dək təqdim edilməlidir. Zərflər aprel ayının 4-də açılacaq.

Satınalan təşkilatın VÖEN-i: 1502467501

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Həsən Əliyev küçəsi 36

Çatdırılma yeri: Ak. Həsən Əliyev küçəsi 36

Çatdırılma müddəti: TİT 15 Müqavilədə göstərilən mallar/işlər sifariş verildiyi tarixdən etibarən 1 (bir) iş günü ərzində 12 ay müddətində hissə-hissə təhvil verilməlidir.