Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC 2022-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun auditinin həyata keçirilməsi xidməti üçün kotirovka sorğusu elan edib.

Kotirovkada iştirak haqqı 100 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 23-ü, saat 18:00-a qədər cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Həsən Əliyev küçəsi, 36 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 24-ü, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.