"Barselona"nın keçmiş ulduzları Andres İniesta və Bojan Krkiçin Danimarkanın 2-ci Liqa komandası "Helsingör" klubunu almaq üçün danışıqlar apardıqları bildirilib.

İqtisadiyyat.az "Tipsbladet"ə istinadən xəbər verir ki,  Danimarka klubunun rəsmiləri ilə danışıqlar yüksək mərhələyə çatıb.

Xəbərdə İniestanın ortağı Joel Borras ilə birlikdə Krkicin də daxil olduğu qlobal idman, əyləncə və marketinq şirkəti NSN (Never Say Never) "Helsingör"i almağa çox yaxın olduğu bildirilib.

İkilinin klubun təxminən 85 faizini alacağı, komandanın hazırkı sahibi Bo Bay Houqaardın isə qalan 15 faizini əlində saxlayacağı iddia edilir. Bu alışın təxminən 2 milyon avroya reallaşacağı bildirilir.

Andres İniesta 2018-ci ildə uzun illər oynadığı "Barselona"dan ayrılaraq Yaponiyanın "Vissel Kobe" komandasına transfer olmuşdu. 39 yaşlı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Emirates Club” komandasında davam etdirir.

 Bojan Krkiç isə "Barselona"da birlikdə oynadığı İnyesta ilə "Vissel Kobe"də də birgə oynayıb və karyerasını ötən il "Japom" klubunda başa vurub.