İngiltərədə üç fərqli həmkarlar ittifaqına bağlı təcili yardım işçiləri maaş mübahisələri səbəbiylə tətilə çıxıblar.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, işçilər 999 xəttinə “həyat üçün təhlükə” bildirən zənglər istisna olmaqla, digər müraciətlərə gecikmə ilə cavab veriləcəyini bildirib.

Hökumət işçilərin inflyasiyadan yuxarı maaş artımı tələblərinin yerinə yetirilə bilməyəcəyi mesajını verib.

Ölkədə Milli Səhiyyə Xidməti (NHS) daxilində ən böyük tətilin tibb bacılarının iştirakı ilə fevralın 6-da keçirilməsi planlaşdırılır.