İngiltərədə mənzillərin qiyməti düşüb. Təqribi bir evin qiyməti 292 min 406 funt sterlinqdən  285 min 579 funt sterlinqə enib.

Bu barədə İngiltərənin mənzil krediti maliyyələşdirmə təşkilatı "Halifax" tərəfindən araşdırma aparılıb.

"Halifax" Ev Kreditləri Direktoru Kim Kinnaird ölkədə mənzil qiymətlərində normallaşma olduğunu və gələn il qiymətlərin böyük ölçüdə inflyasiyadan asılı olacağını bildirib.

Qeyd edək ki, Britaniya iqtisadiyyatı bu ilin üçüncü rübündə yüzdə 0,2 azaldığı halda, İngiltərə Bankı ölkənin tənəzzülə girdiyini elan edib. Həmçinin, bu ilin noyabr ayında ölkədə ərzaq məhsullarının qiymətləri 14,6 faiz artıb.