Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən klubların formalarının ön hissəsində mərc şirkətlərinin reklamları yer almayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Qərar 2025/2026 mövsümündən qüvvəyə minəcək.

Mərc reklamları hazırda "Brentford", "Everton", "Bornmut", "Fulhem", "Lids", "Nyukasl", "Sauthempton" və "Vest Hem" klublarının formalarında var.