İngiltərə kralı III Çarlz xərçəng xəstəliyinə tutulub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bukingem Sarayı açıqlama yayıb.

Müvafiq olaraq, aparılan testlər nəticəsində Krala "xərçəngin bir növü" diaqnozu qoyulub.

Müntəzəm müalicə proqramına başlayan kral bu müddət ərzində rəsmi işlərini davam etdirəcək.

Qeyd edək ki, III Çarlz 2022-ci ilin sentyabrında Kraliça Yelizavetanın ölümündən sonra kral taxtına əyləşib.