İngiltərədə mağaza qiymətlərinin inflyasiyası 2005-ci ildən bəri ən yüksək səviyyədədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat ölkənin pərakəndə konsorsiumu tərəfindən hazırlanıb.

Aprel ayında supermarket və pərakəndə satış şəbəkələrində qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 bahalaşıb. May ayında bu artım 9 faizə yüksəlib.

Beləliklə, mağaza qiymətləri inflyasiyası sektor qeydlərinin aparılmağa başladığı 2005-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. İngiltərədə qida qiymət inflyasiyası 15,7 faizdən 15,4 faizə düşüb.

Mart ayında yüzdə 19,2 olan ərzaq inflyasiyası son 45 ilin ən yüksək səviyyəsinə çatıb.