İngiltərə Bankı uçot dərəcəsini 75 baza bəndi - 2,25 %-dən 3 %-ə qədər artırıb.

Bu barədə İngiltərə Bankının məlumatında deyilir.

İngiltərə Bankı inflyasiyanın qarşısını almaq üçün bu addımı atıb.

Mərkəzi bankın qərarı “DailyFx”in sorğusunda iştirak edən analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Xatırladaq ki, İngiltərə Bankı bu ilin avqust və sentyabr aylarında uçot dərəcəsini 50 baza bəndi artırıb.