İngiltərədəki əsgərlər və ailə üzvləri qiymət artımı səbəbindən ucuz ərzaq və ərzaq yardımı satan ərzaq banklarından alış-veriş edir.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki,  İngiltərənin "Coningsby" aviabazasında hərbi personal tərəfindən qeyri-rəsmi ərzaq bankı açılıb. 

Sözügedən bankdan yalnız əsgərlərin yemək və ya yanacaq almaq imkanı olsa da, bəzi hərbçilərin ailə üzvləri üçün də ərzaq götürdüyü aşkarlanıb. Məlumata görə, əsgərlərin bu addımına səbəb  inflyasiya və qiymət artımı fonunda sosial vəziyyətlərinin pisləşməsidir. Hətta dənizçilər yanacaq bahalığına görə evlərinə gedə bilmirlər.

Kral Hərbi Dəniz Qüvvələrinin rəsmisi dənizçilərin maddi sıxıntılar yaşadıqlarını bildirib ki, dənizçilər səyahət xərclərinə görə həftə sonları və ya istirahət günlərində evə gedə bilmirlər, ərzaq banklarından istifadə edirlər və borclarını ödəmək üçün xeyriyyə təşkilatları ilə danışırlar.

Bu vəziyyətin əsgərlərin mənəviyyatına mənfi təsir etdiyini vurğulayan Müdafiə Nazirliyi rəsmisi isə "əsgərlərin həyatda qalmaq üçün qida banklarına və yardım təşkilatlarına bağlı olması bizi çox kədərləndirdi",d eyə bildirib.