Azərbaycanda bu ilin yanvar-iyun aylarında informasiya və rabitə müəssisələri 1429,6 milyon manatlıq xidmət göstərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, xidmətlərin 76,4%-i əhaliyə göstərilib. Hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artıb, bu sahədə əldə edilən gəlirin 83%-i qeyri-dövlət sektorunun payına düşüb.

 

Gözəl Həşimova