İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025- ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7,8 faiz artaraq 1122,3 milyon manat təşkil edib ki, onun da 74,6 faizi əhali tərəfindən istehlak olunub.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərdən əldə edilən gəlirin 34,7 faizi və ya 388,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.