İndoneziyanın Yava adasındakı Merapi vulkanında püskürmə baş verib.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, vulkanın 1,5 kilometr hündürlüyə kül və tüstü səpməsi nəticəsində Magelanq bölgəsində 7 kənd külə qərq olub.

Ərazidə yaşayanlara evakuasiya əmri verilməyib.