İndoneziyada son sutkada 1 113 nəfər yeni növ koronavirusa yoluxub. Bununla da ölkədə təsdiqlənmiş COVID-19 xəstələrinin sayı 49 mini keçib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İndoneziyada 49 009nəfərdə koronavirus aşkarlanıb, 2 573 COVID-19 xəstəsi ölüb. Son sukada ölüm sayı 38 olub.
Qeyd olunub ki, 19 658 nəfər yoluxmadan sonra sağalıb.