İndoneziyanın Şərqi Nusa Tengqara əyalətindəki Levotobi Laki-Laki vulkanında davam edən püskürmələr səbəbindən təxminən 6500 insan təxliyə edilib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Laki-Laki vulkanı dünəndən bəri 40 dəfə püskürüb.

Səlahiyyətlilər insanları vulkanın ətrafındakı 4 kilometrlik ərazidən uzaq durmağa çağırıblar.

Rəsmilər can itkisi və dağıntının olmadığını bildiriblər.

 

Gözəl Həşimova