İndoneziyanın Rabitə və İnformasiya Nazirliyi rebrendinqdən sonra “Twitter” sosial şəbəkəsinin yerləşəcəyi güman edilən “x.com” domenini bloklayıb.

İqtisadiyyat.az “Rmol.id” portalının məlumatına istinadən bildirir ki, buna səbəb bu domenin ölkədə pornoqrafiya və qumar oyunlarının yayılması üçün istifadə edilməsi olub. İndoneziya hökuməti artıq bu məsələ ilə bağlı “Twitter” rəhbərliyi ilə əlaqə saxlayıb, lakin indoneziyalılar hələ də “Twitter”ə daxil ola bilmirlər.

Qeyd edək ki, iyulun 24-də “Twitter” loqosunu mavi quşdan qara konturlu ağ X-ə dəyişdi. Yeni loqo “Twitter” başlığında və səhifə yeniləndikdə göstərilir. Sosial şəbəkənin sahibi İlon Mask rebrendinqdən sonra sosial şəbəkədəki yazıların “X” adlandırılacağını bildirib.