İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 89 min insanın yaşadığı Tual şəhərindən 376 km cənub-qərbdə yerləşib, dərinliyi 161 km təşkil edib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.