Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı məlum olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu gün 7 137 test aparılıb.

Ötən müddət ərzində yeni yolxuma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 502 965 test aparılıb.