"SpaceX"in peyk vasitəsilə yüksək sürətli internetə çıxışını təmin edən "Starlink" Türkiyədə istifadəyə verilməsi üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə (BTK) rəsmi müraciət edib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, "SpaceX"in sahibi İlon Mask bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Nyu-Yorkda ziyarət edib. 

Görüş çərçivəsində İlon Mask "Starlink" peyk xidmətlərinin Türkiyədə fəaliyyət göstərməsi ilə bağlı istəyini dilə gətirib. 

Bundan sora "SpaceX" starlink xidməti ilə bağlı  lisenziya almaq üçün BTK-ya rəsmi müraciət edib.

Gülşən Şərif