Son zamanlar Twitterlə bağlı gündəmə gələn İlon Maskın başına iş  gəlib. Məşhur milyarder 2018-ci ildə sahibi olduğu elektrikli avtomobil şirkəti Tesladan aldığı gəlirə görə məhkəməyə verilib. Hüquqşünaslar işin Mask üçün çətin olacağını və onun sərvətinin böyük bir hissəsinin risk altında olduğunu düşünürlər.

Məlumata görə, İlon Mask məhkəməyə görə 56 milyard dollar itirə bilər.

Tesla-nın qurucusu və CEO-su İlon Mask 2018-ci ildə icraçı direktor kimi bəzi öhdəliklər götürüb. Razılaşmaya görə, Tesla verdiyi on iki vədin hamısını yerinə yetirmək müqabilində məşhur milyarderə səhm verəcəkdi. O zaman aparılan hesablamaya görə, 56 milyard dollar səviyyəsində idi.

Model 3 istehsalı ilə İlon Mask Teslanın dəyərini 50 milyard dollardan 650 milyard dollara yüksəldib və 12 hədəfdən 11-nə nail olub. Bunun üzərinə şirkət verdiyi sözə əməl etdi və müvəffəqiyyəti müqabilində Maska 56 milyard dollarlıq səhm verdi. Bununla belə, Maskın çox da dürüst bir insan olmadığı və öz şirkətini aldatdığı iddia edilirdi.

Məhkəməyə səbəb olan iddialara görə, Elon Musk sözügedən 12 hədəfi əvvəlcədən hesablayaraq hərəkət edib. Planını düzgün quran məşhur milyarder artıq tutacağını bildiyi vədlər verib. Tesla İdarə Heyəti isə bu vəziyyətdən xəbərdar olmasına baxmayaraq ödənişi etməyə razılıq verib.

İddianı qaldıran Richard Tornetta da İlon Maskın part-time CEO olduğunu və razılaşmaya əsasən Teslaya kifayət qədər diqqət yetirmədiyini müdafiə edir.