“Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə” təsdiqlənib.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Əsasnaməyə görə, Komissiya hər ötən ildəki fəaliyyəti və görülmüş işlər barədə növbəti ilin birinci rübündə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edir.
Komissiyanın üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş blankı və möhürü var.