İqtisadiyyat.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib.

Ümumi sahəsi 1,55 hektar olan ilkin 6 yaşayış binası tikilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.

Dövlət başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxıblar.

Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i daha dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompleks ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin tikintisi ilə bağlı tədbirlərdə iştirak edirlər.

***

13:45

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.