İqtisadiyyat.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

İdmançı yanğından uzaq olmaq üçün otelə köçüb və maşınına qazandığı kubokları - ABŞ Açıq çempionluğu, Roland Qarros kuboku və Avstraliya Açıq kubokunu qoyub. Yanvarın 16-da avtomobil oğurlanıb.

“İndi mənim ailəm də cinayətin qurbanına çevrilib. Ən çətin anlarda, insanların belə çətin vəziyyətdə olduğu bir vaxtda başqalarının belə şeylər etməsi çox kədərlidir",-deyə amerikalı idmançı bildirib. 

O əlavə edib ki, artıq hüquq-mühafizə orqanlarına müraciət edib.