Türkiyənin iki vətəndaşı Ermənistanda həbs edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, onlar sərhədi saxta sənədlə keçmək istəyən  zaman saxlanılıblar. 

Türkiyə vətəndaşları Gürcüstan vasitəsilə Ermənistana keçməyə cəhd ediblər. Saxta sənədləri hazırlamaqda onlara Ermənistan vətəndaşı yardım edib. Türkiyə vətəndaşlarına qarşı rəsmi ittiham irəli sürülüb.