Ağcabədi və Quba rayonlarında Uşaq Reabilitasiya Mərkəzləri inşa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, mərkəzlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdinə fəaliyyət göstərəcək.

Hər iki rayonda inşa olunacaq Uşaq Reabilitasiya Mərkəzləri 70 yerlik nəzərdə tutulub.

Agentlik Mərkəzlərin tikintisi və təchizatı işlərini həyata keçirəcək şirkət axtarışındadır.

Ağcabədidə mərkəzin tikintisi və təchizatı işlərinin 11,8 milyon manata, Qubada isə mərkəzin tikintisi və təchizatı işlərinin 12,6 milyon manata başa gələcəyi ehtimal olunur.