“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu və “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu sahəsində arxeoloji qazıntı və elmi-tədqiqat işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.

Arxeoloji qazıntı və elmi-tədqiqat işlərini Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu həyata keçirəcək.

Xatırladaq ki, daha əvvəl açıqlanan məlumata əsasən, “Şahbulaq” qalası və ətraf mühafizə zonasındakı tarix və mədəniyyət abidələrində, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisində və Xocəvənd rayonunun Hadrut qəsəbəsi ərazisində də arxeoloji qazıntı və elmi-tədqiqat işləri aparılacaq.