Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" və Fransanın "TotalEnergies" şirkəti krallıqda yeni neft-kimya kompleksinin tikintisi üçün 11 milyard dollarlıq müqavilə imzalayıb.

İqtisadiyyat.az dünya mediyasına istinadən xəbər verir ki, bu barədə "Saudi Aramco"nun saytında dərc edilmiş bəyanatında deyilir.

Məlumata görə, layihə Fars körfəzində ən böyük qarışıq fazalı termal krekinq qurğularından birinin tikintisini nəzərdə tutur. Onun ildə 1,65 milyon ton etilen istehsal edə biləcəyi güman edilir.

Layihəyə qoyulan sərmayələr təxminən 11 milyard dollar təşkil edəcək. Kompleksin tikintisi isə 7 min iş yerinin yaradılmasına imkan verəcək.