İtaliya ordusuna məxsus iki təyyarə toqquşub.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, iki "Siai Marchetti 208" təyyarəsi hərbi təlimlər zamanı paytaxt Roma yaxınlığında qəzaya düşüblər. Hər iki pilotun öldüyü bildirilib. 

Qəza ilə bağlı araşdırma aparılır.