İsveçin IKEA şirkəti yeni kreativ direktor vəzifəsinin yaradıldığını elan edib.

Bu vəzifəyə isə Cannes Lions reklam festivalında Grand Prix qalibi Linus Karlsson gətirilib.

O, eyni zamanda Mother, McCann, CP+B kimi agentliklərdə yüksək vəzifələrdə çalışıb. Onun rəhbərliyi altında Virgin, Diesel, Chevrolet, MTV, BMW, Stella, Artois, Mastercard, Nespresso kimi markalar ilə əməkdaşlıq edilib.

2012-ci ildən bəri isə Karlsson IKEA ilə konsultant kimi çalışır. Yeni "Chief Creative Officer" vəzifəsinin yaradılması isə ev məhsulları bazarında trendləri izləmək meylindən irəli gəlir. Kreativ direktorun işi istehlakçıların gələcəyin evini necə xəyal etdiklərini və ortaya çıxan meylləri necə gözlədiklərini anlamaqdır.

Şirkətin marketinq və kommunikasiyalar üzrə meneceri Erika İntiso isə deyib ki, yaradıcılıq IKEA-nın DNT-sindədir: "Ancaq biz onu daim stimullaşdırmalı və yaradıcılığa sərbəstlik verməliyik. Bunun üçün isə istehlakçılar ilə yeni, müxtəlif ünsiyyət yolları tələb olunur".Facemark