İqtisadiyyat.az xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol Parisdə süni intellekt məsələlərinə dair beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, dünyanın mövcud enerjisi minlərlə yeni məlumat mərkəzinin tikintisi planlarını dəstəkləmək üçün kifayət deyil:

"Biz növbəti beş il üçün bütün dünyada təsdiqlənmiş məlumat mərkəzinin tikintisinə qoyulan investisiyaları təhlil edirik. Minlərlə yeni obyektin tikintisi planlaşdırılır. Eyni zamanda, mövcud elektrik enerjisinin həcmi bu artıma uyğun gəlmir ki, bu da bəzi layihələrin ləngiməsinə və hətta ləğvinə səbəb ola bilər. Orta ölçülü bir məlumat mərkəzi 100 min ev təsərrüfatı qədər elektrik enerjisi istehlak edir. Bizim qarşımızda ciddi bir vəzifə durur - məlumat mərkəzlərini təmiz, etibarlı və sərfəli elektrik enerjisi ilə təmin etmək".

 

Gözəl Həşimova