Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün qlobal qaz tələbinin artımı ilə bağlı proqnozunu 2,5%-dən 2,3%-ə, LNG təchizatı artımı ilə bağlı proqnozunu isə 3,5%-dən 3%-ə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun qaz bazarına dair hesabatında deyilir.

Qaza tələbatın artmasının sənaye, eləcə də yaşayış və ticarət sektorları üzrə istehlakdan qaynaqlanacağı gözlənilir. Beləliklə, qlobal qaz tələbatı təxminən 4,19 trilyon kubmetr olacaq.

IEA-nın proqnozuna görə, Asiya-Sakit Okean regionunda qaza tələbat 2023-cü ilə nisbətən demək olar ki, 4% artacaq, buna sənaye fəaliyyəti və enerji sektorunda daha çox qaz istehlakı səbəb olacaq.

Şimali Amerikada qaz istehlakı 1%-dən az, Mərkəzi və Cənubi Amerikada 2%, Avropada isə 2%-dən az artacaq.

 

Gözəl Həşimova