2024-2025-ci illərdə qlobal neft tələbinin artımı qeyri-qənaətbəxş iqtisadi artım və nəqliyyatın elektrikləşdirilməsi fonunda gündəlik 1 milyon bareldən bir qədər az olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.

IEA-nın proqnozuna görə, bu il neft tələbinin artımı sutkada 970 milyon barel, 2025-ci ildə isə 980 milyon barel təşkil edəcək.

Dünyada kommersiya neft ehtiyatları isə may ayında ardıcıl dördüncü aydır ki artır- 23,9 milyon barel.

 

Gözəl Həşimova