İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) yanvar hesabatında deyilir.

Hesabata görə, bu, inkişaf etmiş iqtisadiyyatların iqtisadi perspektivlərinin tədricən yaxşılaşması, eləcə də istehlakı stimullaşdıracaq neft qiymətlərinin aşağı düşməsi ilə izah olunur.

IEA, həmçinin 2025-ci ildə neftə tələb artımı proqnozunu bir qədər azaldıb - sutkada 1,1 milyon bareldən 1,05 milyon barelə qədər.

IEA-nın proqnozuna görə, 2024-cü ildə neft tələbi sutkada 0,9% və ya 936 min barel artaraq 102,9 milyon barel təşkil edib. Bu göstərici 2025-ci ildə isə 103,96 milyon barel olacaq.

 

Gözəl Həşimova