İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Fatih Birol deyib.
"IEA İsrail və İran arasındakı vəziyyətin neft bazarlarına necə təsir edəcəyini fəal şəkildə izləyir. Bazarlar bu gün yaxşı təchiz olunub, lakin biz lazım gələrsə, hərəkətə keçməyə hazırıq. IEA-nın neft təhlükəsizliyi şəbəkəsi 1,2 milyard bareldən çox ehtiyata malikdir və bu, qlobal iqtisadiyyatın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir", - deyə o bildirib.
Gözəl Azadəliyeva