"Bazar əsaslarını nəzərə alsaq, bir və ya bir neçə əsas neft hasil edən ölkə Yaxın Şərqdəki gərginliyə birbaşa qarışmasa, neft qiymətlərində çox yüksək artım nəzərdə tutulmur".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) prezidenti Fatih Birol "Anadolu Agentliyi"nə müsahibəsində deyib.

"Beynəlxalq bazarlarda təxminən 90 dollar səviyyəsinə çatan neft qiymətləri bir çox ölkələr üçün ciddi risklər yaradır və bu, dünyada xüsusilə inflyasiya təzyiqlərini dəstəkləyə bilər. Qiymət artımında Yaxın Şərqdə artan geosiyasi gərginliyik də təsirli olub.

Neft qiymətlərinin bu qədər yüksək olmasının səbəbi bazar əsasları deyil, çünki neftə tələbat 2022 və 2023-cü illərlə müqayisədə son dərəcə məqbul səviyyədədir. Qlobal neft tələbindəki artım gündə təxminən 1 milyon bareldir.

ABŞ, Kanada, Braziliya və Qayanada güclü neft tədarükü gözlənilir. Tələbi nəzərə alsaq, hasilat kafi səviyyəsindədir", - deyə o qeyd edib.

 

Gözəl Həşimova