Dünyanın idxalçı ölkələrində təbii qaz anbarları 2023-2028-ci illər arasında 10% arta bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarı ilə bağlı hesabatında deyilir.

Məlumata görə, artımın böyük hissəsi Çin, Avropa və Avrasiyadakı anbarlardan əldə olunacaq. Hesabata əsasən, təbii qaz və LNG üçün qlobal saxlama tutumunun 2023-2028-ci illər ərzində 45 milyard kubmetr artması gözlənilir.