İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.
Məlumata görə, bir ay əvvəl təşkilatın analitikləri 2025-ci ildə qlobal neft tədarükünü sutkada 104,7 milyon barel olaraq qiymətləndiriblər. Beləliklə, cari hesabatda proqnoz 200 min barel azaldılıb.
Düzəliş, ilk növbədə, "OPEC+" ölkələri tərəfindən sutkada 170 min barel azaldılan tədarük qiymətləndirməsinə yenidən baxılması ilə əlaqədardır. IEA analitikləri ötən ay yeni sanksiyaların tətbiq olunduğu Rusiya və İranda neft hasilatındakı son tendensiyaları əks etdirmək istəyiblər. Eyni zamanda, yanvarda bu ölkələrdən neft tədarükünün dinamikası əksinə olub: Rusiya neft hasilatını sutkada 100 min barel artırıbsa, İran da eyni həcmdə azaldıb.
Ümumilikdə yanvarda qlobal neft təklifi dekabr ayı ilə müqayisədə sutkada 950 min barel az olub və 102,7 milyon barel təşkil edib.
Gözəl Həşimova