Suriya ordusunun artilleriyası şənbə günü İdlib vilayətinin cənubunda silahlı dəstələrin mövqelərinə hücum edib.

İqtisadiyyat.az xəbər verir ki, “Şam FM” radiostansiyasının məlumatına görə, hücumlar nəticəsində “Cəbhət ən-Nusra” qruplaşmasının ən azı yeddi silahlısı öldürülüb. 

"Əl Hadath" telekanalının məlumatına görə, bundan əvvəl silahlılarla Hazarin şəhəri ərazisində cəbhədə silahlı atışma olub. Onlar ordu mövqelərinin yaxınlığındakı tunelə yerləşdirilmiş partlayıcıları işə sala biliblər. Partlayış nəticəsində 11 Suriya əsgəri həlak olub, 20-si yaralanıb.