"Sabunçu Elmi İstehsalat və Maşınqayırma" ASC-yə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, buna şirkətin icra məmurunun tələblərini yerinə yetirməməsi səbəb olub.

Ona görə də müvafiq qurum tərəfindən ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib və iş hakim Samirə Məmmədlinin icraatına verilib.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə iziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.