İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi ləvazimatların satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

İqtisadiyyat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri "Diamed Co" MMC və "Gill Med" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 3,67 milyon manat və 18,317 milyon manat, ümumilikdə isə 21,987 milyon manat ödəniləcək.