İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  tenderin qalibini açıqlayıb

İqtisadiyyat.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi kompyuter dəstlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Tenderin qalibi  "Htech İnvest" MMC olub. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qalib şirkətə 2 milyon 410 min 150 manat ödəyəcək.