İcbari sığortadan başqa digər sığorta növləri ilə məşğul olanların vergisi necə ödənilir?

İqtisadiyyat.Az Fins.az-a istinadən bu suala cavab axtaranlar üçün məlumatı təqdim edir.

Vergi Məcəlləsinin 218.5.2. maddəsinə əsasən kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar sadələşmiş vergi ödəyicisi olmaq hüququna malik deyillər. Belə olan halda onlar gəlir vergisi və ya mənfəət vergisinin ödəyicisi olabilərlər. Bu halda əladə etdikləri gəlirin 20 faizi vergiyə cəlb olunur. Bundan əlavə 102.1.8. maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər vergidən azaddır.