Bu ilin I yarısında Azərbaycanda 24,5 kilometr suvarma məqsədli boru kəməri çəkilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə  “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.

Məlumata görə, hesabat dövründə ölkədə 62,4 kilometr suvarma kanalı və 71 kilometr kollektor-drenaj şəbəkəsi tikilib, yenidən qurulub və bərpa edilib. Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə ölkə üzrə 933 ədəd hidrotexniki qurğu, 2 353 ədəd subartezian quyusu və 119 ədəd nasos stansiyası təmir edilib.

Xatırladaq ki, Azərbaycanda suvarılan sahələri suvarma suyu ilə təmin edən kanalların təxminən 70 %-i torpaq məcralıdır.