“Üçtərəfli Bəyanat imzalandıqdan sonra həm Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, I Qarabağ müharibəsi ilə bağlı təxminən 140 şəxsə aid meyit qalığı müəyyən edilərək götürülüb və Dövlət Komissiyasına təhvil verilib”.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.O qeyd edib ki, bu meyit qalıqları üzrə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyində 230 bioloji nümunə götürülərək Daxili İşlər Nazirliyinin Kriminalist Tədqiqatlar İdarəsinin laboratoriyasına təhvil verilib: “Yuxarıda da qeyd etdiyim kimi, bu sahədə iş davam etdirilir. Ancaq həm münaqişənin xarakterini, həm də erməni xislətini nəzərə alaraq demək olar ki, eyniləşdirmə prosesi uzun zaman tələb edəcək. Bu sahədə fəaliyyət göstərən ekspertlərin də fikri bundan ibarətdir”.