Azərbaycanda ilk dəfə keçirilən “I Beynəlxalq Pediatriya,Uşaq Cərrahiyyəsi və Tibb bacıları Konqresi" bu gündən öz işinə başlayıb. 

Azərbaycanın ev sahibliyi etdiyi konqresə Türkiyə, Ukrayna, Almaniya, Rusiyadan peşəkar həkimlər və tibb heyəti dəvət olunub.

 Tədbir  TƏBİB, Səhiyyə Nazirliyi, Elmi-tədqiqat Pediatriya İnstitutu (ETPİ) və “Unity Company”nin birgə dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, konqresdə uşaqların sağlamlığı kimi vacib məsələlərdə elmi-tədqiqat potensialımızı təkmilləşdirmək və uşaqların müasir, yüksək keyfiyyətli, effektli müalicə metodları ilə tanış olmaq, beynəlxalq təcrübdən yararlanmaq, sürətlə inkişaf edən tibbin tələblərinə uyğun müalicə metodlarının tətbiqi üzrə təcrübə mübadiləsi aparılacaqdır. Konqres üç gün davam edəcək.