Cənubi Koreyanın avtomobil istehsalçısı "Hyundai" 2 yeni elektrikli pikapının adını açıqlayıb.

 Bu barədə İqtisadiyyat.az "Avstraliya Drive.com"a istinadən xəbər verir.

Məlumata görə, ötən ilin sonunda avtomobil istehsalçısı "Ioniq T7" və "Ioniq T10" markalarını qeydiyyatdan keçirib.

Bildirilib ki, "Ioniq T7" və "Ioniq T10" ticarət nişanı ərizəsi Avstraliyada verilib, lakin bu bazar elektrikli yük maşınları üçün əsas bazar olmayacaq. "Hyundai" elektrikli pikapları 2025 və ya 2026-cı ildə satışa çıxa bilər.

 

Gözəl Həşimova