Yəmənin Husilər hərəkatı Ədən körfəzində "True Confidence" gəmisinə hücum etdiklərini təsdiqləyiblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyə məlumat verib.

Səriyə Husilərin nəzarətində olan Əl Məsirə telekanalında deyib: "Yəmən dəniz qüvvələri Ədən körfəzində Amerikanın "True Confidence" gəmisinə hücum edərək əməliyyat keçirib. Hücumda bir neçə gəmi əleyhinə raketdən istifadə edilib".

Səriyənin sözlərinə görə, zərbələr dəqiq olub və nəticədə gəmidə yanğın başlayıb. O əlavə edib ki, əməliyyat gəminin ekipajı xəbərdarlıq siqnallarını rədd etdikdən sonra həyata keçirilib.