Yəməndəki Husilər ölkənin Səudiyyə Ərəbistanı ilə sərhədində yerləşən Həccə şəhərinin ABŞ və İngiltərə təyyarələrinin hücumuna məruz qaldığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Husilərə məxsus "Əl-Məsirə" televiziyası məlumat yayıb.

Məlumata görə, ABŞ-Böyük Britaniya döyüş təyyarələri Həccə şəhərinin Abes mahalının əl-Cerr bölgəsinə 4 hücum həyata keçirib.

Xəbərdə döyüş təyyarələrinin eyni bölgədə daha 3 hücum təşkil etdiyi və bununla da hücumların sayının 7-yə yüksəldiyi bildirilib.

ABŞ və Böyük Britaniya hələlik sözügedən hücumla bağlı açıqlama verməyib.