Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon rubl borcunun (2,8 milyon manatdan çox) olduğu aşkarlanıb. 

İqtisadiyyat.az "gazeta.ru"ya istinadən xəbər verir ki, mayın 1-də Federal Vergi Xidməti Həsənova 153 milyon rubl borcunu ödəməyi tapşırıb.

Daha sonra Rusiya Federal Vergi Xidməti onun "Banda Foods LLC" şirkətinin hesablarını bloklayıb. Şirkət restoran fəaliyyəti və eyni zamanda çatdırılma ilə məşğuldur. Məkanın bloklanmasına səbəb kimi vergi bəyannaməsinin təqdim edilməməsi göstərilir.

Qeyd edək ki, Hüseyn Həsənov 2017-ci ildən bloger kimi şöhrət qazanıb.

 

Gözəl Həşimova